Təlimçilər üçün təlim | Training for Trainers

image not found!

Təlimçilər üçün təlim | Training for Trainers

Təlimçilər üçün təlim | Training for Trainers

 

“Təlimçilər üçün təlim” proqramı təlimçi olmaq və təqdimat bacarıqlarını inkişaf etdirmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur. Təlimdə iştirak etməklə təqdimat bacarıqlarınızı inkişaf etdirməklə yanaşı, professionaldan məsləhətlər, eyni zamanda praktiki olaraq önəmli təcrübələr əldə edəcəksiniz.

 

Kursun məqsədi: Müasir tədris metodlarından isifadə etməklə təqdimat qabiliyyətlərinin inkişaf etdirilməsi yolu ilə praktiki təlimlərin effektivliyinin nümayiş etdirilməsi. Bu proqramı digərlərindən fərqləndirən əsas nüanslardan biri təlimin nəzəri biliklərlə yanaşı, praktiki olaraq peşəkar bir təlimçinin hansı metodika və tədris üsullarından istifadə etməklə daha uğurlu olmasını göstərməkdən ibarətdir.

 

Kimlər iştirak edə bilər

Təlimçi olaraq öz peşəkar karyerasını bu sahədə qurmaq istəyənlər, eyni zamanda təqdimat bacarıqlarını inkişaf etdirmık istəyən hər kəs. Təqdimat vermədən əvvəl bilməli olduğunuz bütün sirləri, metodikaları, bir sözlə, təlimçilik haqqında demək olar hər şeyi - bu təlimlərdən öyrənəcəksiniz.

 

Nələr əldə edəcəksiniz?

  • Təlimçi olmaq üçün lazımı səriştələrə sahib olacaqsınız.

  • Müasir tədris üsullarından xəbərdar olacaqsınız.

  • Nəzəri biliklərinizi praktiki olaraq təlimlərdə tətbiq etməyi öyrənəcəksiniz.

  • Təlimçi olduğunuzu təsdiq edən sertifikat əldə edəcəksiniz.

  • Effektiv ünsiyyət qurmağı və təsirli təqdimat bacarıqlarını öyrənəcəksiniz.

  •  

Mövzular

  • Pre-test

  • Giriş

  • Təlim nədir?

  • Təlim üsulları

  • Tədris piramidası

  • Təqdimat planı

  • Təqdimat hazırlanması

  • Təqdimat hazırlanması 4 mərhələdə

  • Təqdimatı gücləndirəcək vasitələr

  • Vizual-audio vasitələr

  • Öyrənmə mərhələsi

  • Dinləmə texnikası

  • Aktiv-Passiv dinləmə

  • Qrup işi-1

  • Vizual dəstək

  • Vizual yazı elementləri

  • Ünsiyyət bacarıqları

  • Mən-Sən dili

  • Təqdimatda bədən dilinin önəmi.

  • Yaxşı təqdimat üçün 10 əsas faktor

  • Qrup işi-2

  • Post-test

  • Yekun

 

Təlim müddəti: 2 gün 

Təlimin keçirildiyi dil: Azərbaycan və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

 

 

 

Şəxsi bacarıqların artırılması